Azərbaycanlı "tiktoker" saxlanıldı

img

Azərbaycanda axtarışda olan "tiktoker" Əmrah Məhərrəmov saxlanılıb.

Rezonans.az xəbər verir ki, o, Gürcüstandan Azərbaycana gələrkən hava limanında yaxalanıb. Ə.Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.

Onun barəsində olan sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib və həbs-qətimkan tədbiri seçilib.

Xəbəri paylaş: