
Türkiyənin İstanbul şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza şəhərin Silivri rayonunda qeydə alınıb. Yük avtomobilinin iki minik avtomobili ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
İlkin ehtimala görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.