Deputat Fazil Mustafa güllələndi

img

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

Rezonans.az xəbər verir ki, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

DİN Mətbuat Xidmətindən Rezonans.az-a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Xəbəri paylaş: