Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

img

Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev martın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edəcək.


Rezonans.az xəbər verir ki, səfər çərçivəsində millət vəkili Bolqarıstanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.


Səfər aprelin 3-də başa çatacaq.

Xəbəri paylaş: