2022-ci ilin mart ayı ərzində 8,1 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Rezonans.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, onların 53,5%-ni kişilər, 46,5% -ni isə qadınlar təşkil edib.










