Müharibə və səfərbərlik elan edilməsi barədə yayılan xəbərlər yalandır

img

Son zamanlar sosial-şəbəkələrdə, müharibənin başlandığı və səfərbərlik elan edildiyi barədə xəbərlər ilə rastlaşırıq.


Bu barədə Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli Rezonans.az-a açıqlamasında bildirib ki, artıq neçə müddətdir ki, sosial-şəbəkələrdə müharibənin başlandığı  habelə səfərbərlik elan olunduğu barədə xəbərlər ilə rastlaşırıq. 


Qeyd etmək istərdim ki, tamamilə əsassız, yalan xəbərlərdir. 2020ci ildə 2 ci qarabağ müharibəsi zamanında hamımız şahid olduq ki, səfərbərlik elan edilməsi üçün ilk növbədə Milli Məclis qərar qəbul etməlidir və bu qərar Dövlət başçısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. 


Vətəndaşların və xəbər portalların nəzərinə çatdırmaq istərdik ki, dezinformasiya yayaraq əhali arasında vahimə, narahatlıq yaratmaq Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradır. Vətəndaşları diqqətli olmağa çağırırıq" - deyə Rauf Bayrambəyli bildirib.


Xəbəri paylaş: