Fazil Mustafanın xəstəxanadan ilk FOTOSU

img

Sui-qəsd cəhdindən sonra Milli Məclisin deputatı Fazil Mustafanın xəstəxanadan ilk görüntüsü yayılıb.

Rezonans.az xəbər verir ki, yayılan fotoda F. Mustafanın xəstəxanada müalicə aldığı və "Real" TV-nin rəhbəri Mirşahin Ağayevə müsahibə verməsi əks olunub.

Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Xəbəri paylaş: