Milli Məclis İranla bağlı bəyanat yaydı - YENİLƏNİB

img

Bəyanatda deyilir: “Azərbaycan Milli Məclis Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qəbul edir. Bu İran tərəfindən atılmış növbəti təxribat xarakterli addımdır. İran Silahlı qüvvələrinin sərhəddə təlim keçməsi, Tehranda səfirliyimizə hücum, Qafanda konsulluğun açılması və s göstərir ki, İranın niyyəti fərqlidir. Bu kimi addımlar ciddi narahatlıq doşurur. İranın İsraildə səfirliyimizin açılmasınaqarşı sassız iddialar qəbul edilməzdir. Qeyd edilməlidir ki, İsraildə Türkiyə, Misir, Albaniya, İordaniya kimi müsəlman ölkələrinin səfirlikləri fəaliyyət göstərir. Ölkəmizi hədəf alan iddialardan çəkinməyi İrandan tələb edirik”.

 

***

Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayacaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib. 

 

Spiker İran parlamentinin bəyanatına cavab olaraq komissiyanın yaradılmasını təklif edib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli seçilib. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

 

Sahibə Qafarova bəyanatın mətninin hazırlanması üçün tapşırıq verib.

 

***

Bu gün Milli Məclis İranla bağlı bəyanat yayacaq.

 

Rezonans.az xəbər verir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanatına rəsmən cavab verəcək. 

 

Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda Azərbaycanla bağlı təhdid dolu fikirlər yer alıb. Qeyd olunub ki, Azərbaycan İsraildə səfirlik açması səbəbindən "mənfi siyasi nəticələr"lə üzləşəcək. 

Xəbəri paylaş: