Şəmkirdə oğurluqlar edən dəstə üzvləri tutuldu

img

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kür qəsəbəsindəki fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, rayon sakinləri Şəhriyar Muradov, qardaşı Cəsarət Muradov, İmamqulu Məmmədov, Rəsul Məmmədov, Musaməddin Namazov, Sənan Məmmədli və Ruslan İsmayılov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus mağaza, fərdi yaşayış evləri ə avtomobilləri qanunsuz yolla daxil olaraq oradan müxtəlif əşyaları oğurlayaraq satmış, əldə etdikləri pulu öz aralarında bölüblər. Şübhəli şəxslərdən 6 nəfəri maddi sübutların böyük əksəriyyəti ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda dəstənin digər üzvü Sənan Məmmədlinin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirlir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: