Meksikada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Meksikada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Meksikanın Mazatlan şəhərində kiçik təyyarə dənizə düşüb, ölən və yaralananlar var.

Rezonans.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisədən sonra əraziyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Şahidlər bildiriblər ki, pilot təyyarənin mühərrikində yaranan nasazlıq nəticəsində təcili eniş etməyə cəhd edib, lakin idarəetməni itirərək dənizə düşüb.

Xəbəri paylaş: