Xəbər verdiyimiz kimi, dünən Bakının müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək yolda digər sürücülər üçün təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, Raul Cabbarbəylinin hadisə törədilən zaman psixi pozuntu vəziyyətində olduğu həkim rəyi əsasında müəyyən edilib.
Məlumata görə, o, hazırda həkim nəzarətindədir.










