Nazirlər və baş bankirlər Vaşinqtonda görüşəcək

img

G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri aprelin 12-də Vaşinqtonda görüşəcəklər.

Rezonans.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib.

“G7-nin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin iclasına sədrlik edəcəyəm. Danışıqlar Hindistanın sədrliyi ilə Vaşinqtonda keçiriləcək G20-nin maliyyə departamentlərinin rəhbərləri və mərkəzi banklarının rəhbərlərinin görüşü çərçivəsində aparılacaq”, - deyə nazir qeyd edib.

Xəbəri paylaş: