
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
Rezonans.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Pazarcık rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 9.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl vilayətin Dulkadiroğlu rayonunda 4 bal gücündə yer silkələnməsi olmuşdu.