
Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni geosiyasi reallıqları nəzərə alaraq bir daha əmin oluruq ki, ölkəmizin əldə etdiyi uğuru, müvəffəqiyyəti həzm edə bilməyən qüvvələr, onların bağlı olduğu güc mərkəzləri, dairələr ölkəmizə qarşı məkrli planlarını həyata keçirməkdən ötrü dəridən-qabıqdan çıxırlar.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.
Onun szölərinə görə, düzdür, Azərbaycan güclü liderə, orduya və kifayət qədər dayanıqlı inkişafa malikdir ki, bu çağırışların, təhdidlərin öhdəsindən gəlsin.