QDİƏT Parlament Məclisinin komitə iclası keçirilib

img

Aprelin 11-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Texnoloji və ekoloji məsələlər üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib.


Rezonans.az xəbər verir ki, İclasda Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri deputat Eldar Quliyev, üzvləri - deputatlar Ramin Məmmədov və Elşad Mirbəşir oğlu iştirak ediblər.

Əvvəlcə iclasın gündəliyi təsdiq edilib. Sonra tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə kosmik texnologiyalar: milli siyasət və inkişaf” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.


Yekunda komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Xəbəri paylaş: