Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ Xidmət şöbəsinin dəstəyi ilə əmək yarmarkası keçirilib.
Rezonans.az xəbər verir ki, Qəbələ, Oğuz və Ağdaş rayonundan olan sakinlərin iştirak etdiyi yarmarkada 17 müəssisə tərəfindən 207 vakansiya əmək yarmarkasına çıxarılmış, 400-dən artıq vətəndaş müraciəti olub.











