Ukraynaya yardım qrupu yenidən toplaşır

img

Ukraynaya hərbi yardım qrupunun növbəti görüşünün vaxtı açıqlanıb.

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, Almaniyanın Ramteyn aviabazasında keçiriləcək görüş aprelin 21-də baş tutacaq. İclasa ABŞ-ın müdafiə naziri Lloyd Ostin rəhbərlik edəcək.

Müttəfiq ölkələrin iştirak ilə keçiriləcək görüşdə Ukraynaya hərbi yardımın detalları müzakirə ediləcək.

Xəbəri paylaş: