Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində Qəbələ rayonunun Zarağan kəndində (“Tofiqoğlu” arıçılıq təsərrüfatı) Vətən müharibəsi qaziləri və iştirakçılarına bal arısı ailələri paylanılıb.
Rezonans.az xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsidir. Vətən müharibəsi qaziləri və iştirakçıları bu layihənin əhəmiyyətindən danışaraq arıçı kimi uğurla fəaliyyət göstərəcəklərindən əminliklərini ifadə etmiş, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.










