Sülhməramlıların maşınları Laçın-Xankəndi yolundan maneəsiz keçib

img

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.

Rezonans.az xəbər verir ki, RSK-ya məxsus maşın karvanı maneəsiz keçid edib. Laçın istiqamətindən gəlib, Xankəndiyə keçən karvan 1 minik, 36 yük və yanacaq daşıyan maşından ibarət olub.

Xankəndi istiqamətindən gələn 2 minik, 10 yük maşını Laçın istiqamətinə hərəkət edib.

Xəbəri paylaş: