Ekvador həbsxanasında qarşıdurma: Ölənlər var

img

Cənubi Amerika ölkəsi Ekvadorda həbsxanada rəqib dəstələr arasında qarşıdurma baş verib.

Rezonans.az xəbər verir ki, hadisə ölkənin Quayaquil şəhərindəki Litoral həbsxanasında qeydə alınıb. 

Qarşıdurma zamanı dəstə üzvlərindən 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Həbsxana müdiri Ronald Sançez mətbuata verdiyi açıqlamada həbsxanaya çoxlu təhlükəsizlik qüvvələrinin göndərildiyini və nəzarətə cəhd edildiyini bildirib.

Xəbəri paylaş: