"Rusların tanrısı yoxdur" - Zelenskinin müşaviri

img

Ruslar "sülhpərvər" olduqları qədər də "mömin xristianlardır". 

Rezonan.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin müşaviri Mixailo Podoliak "Twitter"də yazıb.

Onun sözlərinə görə, rusların dini qətl, zorlama və soyğunçuluqdur: "Pasxa bayramında Slovyanskda uşaqları həyasızcasına öldürdülər, Zaporojyedə kilsəni bombaladılar, Nikopol rayonlarını bombaladılar. Bu xalqın tanrısı yoxdur, sadəcə bunker bütləri var".

Xəbəri paylaş: