Sahibkarlarla növbəti görüş Ağdam rayonunda keçiriləcək

img

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 


Rezonans.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Ağdam rayonu, Mədəniyyət Evinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” aprel ayının 19-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. 


İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbəri paylaş: