“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdə rayonundan start verdi

img

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Bərdə sakinlərinin ixtiyarına verilib. 

Rezonans.az xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb. Mikrofon önünə çıxan 2 sakin qapı keçidinin quraşdırılmasını xahiş edib. Bundan başqa qaz xəttinin yerinin dəyişdirilməsi və işə qəbulla bağlı müraciətlər də ünvanlanıb. 

“Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

Xəbəri paylaş: