Səbuhi Abdullayev şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb

img

Qəbələ “Garden” hoteldə Qəbələ Rayon İcra Hakimiyyəti və şəhər bələdiyyəsinin təşkilatçılığı ilə Ramazan ayı çərçivəsində iftar süfrəsi təşkil edilib.


Rezonans.az xəbər verir ki, şəhid ailələri, qazilər, bir qrup rayon ictimaiyyətinin nümayəndələri və rayon ağsaqqallarının iştirak etdiyi tədbirdə şəhidlərin ruhuna dualar oxunmuş, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səslənib.


Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Xəbəri paylaş: