Azərbaycan Kahramanmaraşın yenidən qurulması üçün 100 milyonluq büdcə ayırdı

img

Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə ilk yardıma gələn Azərbaycan zəlzələ olan vilayətlərə maliyyə dəstəyini davam etdirəcək. Azərbaycan Kahramanmaraşın yenidən qurulması üçün 100 milyon dollarlıq yardım büdcəsi hazırlayıb".

Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev Kahramanmaraşda zəlzələ qurbanlarına baş çəkərkən deyib. 

Zəlzələlərdən sonra axtarış-xilasetmə və humanitar yardım qrupu ilə Türkiyənin yaralarının sağalmasına kömək edən Azərbaycan maliyyə dəstəyini davam etdirir. Prezidentimiz Kahramanmaraş üçün 100 milyon dollar ayırdı. Azərbaycan küçəsinin yenidən qurulmasına dəstək verəcəyik. Oradakı həmyerlilərimizi ziyarət etdik. Yaxın vaxtlarda yeni işlərə başlanacaq. Əlimizdən gələni edəcəyik"-deyə millət vəkili bildirib. 

Xəbəri paylaş: