Şəmkirdə qızıl təsbeh oğurlanıb

img

Şəmkirdə restoranda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən xəbərə görə, Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: