"Türkiyəsiz Qafqazda hansısa problemi həll etmək mümkün deyil” - Hulusi Akar

img

“Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda hansısa problemi həll etmək mümkün deyil”.

Rezonans.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sabah”a müsahibəsində deyib.

O bildirib ki, Türkiyə dünyada və regionda böyük və güclü dövlətdir: “Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çox ciddi addımlar atmışıq. Beynəlxalq münasibətlər sistemində Ankara artıq ciddi aktordur. Biz 7 iqlim, 3 qitəyə sülhü, sabitliyi gətirmiş atalarımızdan ilham alırıq. İndi Türkiyənin Asiyada, Afrikada çox ciddi təsiri, layihələri var”.

Xəbəri paylaş: