Biləsuvarda 37 yaşlı kişi qətlə yetirildi

img

Aprelin 23-də saat 01 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-ci il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Rezonans.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rüfət Kərim oğlu Əlizadə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: