Laçın-Xankəndi yolundakı aksiya 133 gündür davam edir

img

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Rezonans.az xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu da davam etdirib.
Hazırda ictimai fəallıq göstərirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 133 gündür davam edir.

Xəbəri paylaş: