
Biləsuvarda yaşayış binasında partlayış olub.
Rezonans.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.
Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.