Azad Vətən Partiyasının və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə döyüşçü Əkbər Rüstəmovun “Qayıt gəl” və şair-publisist Məmməd Mərzilinin “845” adlı kitablarının təqdimatı oldu.
Rezonans.az xəbər verir ki, tədbiri açan Novruz Novruzov yeni kitabların oxucuya aşıladığı qayədən, müəlliflərin toxunduqları mövzuların aktuallığından danışdı. Tədbirdə iştirak edən keçmiş döyüşçülər, kitablarda təsvir edilən səhnələrin, deyilən fikirlərin iştirakçıları və daşıyıcıları söz alaraq xatirələrini danışdılar.
Azad Vətən Partiyasının sədri Akif Nağı, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov, Haşım İsgəndərli, Nazim Vəlişoğlu, Vahid Çəmənli, jurnalist Rauf İlyasoğlu, Zaur Ustac, keçmiş döyüşçülər Babək Quliyev, Fəxrəddin Rəcəbov, Sərxan Məzlumov, Seymur İsmayılov, Azad Ramazanov, AzVP üzvlərindən Tacəddin Əyyubov, Firuzə Əsədullayeva, Hacı Fərman Azançı və başqaları öz çıxışlarında müəllifləri təbrik etdilər, bu mövzuda kitabların daha çox yazılmasını arzuladılar,
Qarabağ döyüşlərininilk günlərindən həyatını səngərə bağlayan, ailəlikcə torpaq uğrunda vuruşan Hacı Əkbər Rüstəmovun keçdiyi döyüş yolu xalqımızın mübarizə əzminin qürurverici salnaməsidir. Bu yolda 3 oğlundan birinin Şəhidlik Qürurunu yaşayan bu məğrur atanın cəbhə qeydləri “Qayıt gəl” adlı yeni kitabda toplanıb.
Məmməd Mərzilinin “845” adlı kitabında isə eyni nömrəli batalyonun Qarabağda keçdiyi odlu-alovlu döyüşlərdə cəsurluqla vuruşan, adını Şəhidlik zirvəsinə həkk edən və hazırda yaşayan əsgərlərinin həyatından, qəhrəmanlıqlarından səhnələr və qiymətli məlumatlar yer alıb.