Türkiyədə neft tankeri avtomobillə toqquşdu - Ölən və yaralılar var

img

Türkiyənin Şırnak şəhərinin İdil rayonunda neft daşıyan tanker avtomobillə toqquşub. 

Rezonans.az xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Nəqliyyat vasitəsinin sürücüsü Abdurrahman Laçın hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar İdil Dövlət Xəstəxanasına aparılıb.

Qəzadan sonra tankerdə başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbəri paylaş: