
"Dövlət başçımızın vəziyyəti çox yaxşıdır".
Rezonans.az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay bildirib.
Biz daimi təmasdayıq. Prezidentin yüngül soyuqlaması var”- Oqtay bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzi çərşənbə günü onun infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi versiyasını təkzib edib.