Paytaxtda sıxlıq olan yollar - SİYAHI

img

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

3. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

9. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbəri paylaş: