
Türkiyənin "Baykar" hərbi şirkəti ilə Azərbaycan arasında pilotsuz uçuş aparat sistemlərinin birgə istehsalına dair protokol imzalanıb.
Rezonans.az xəbər verir ki, protokolu "Baykar"ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb.
Mərasimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.