Qubada qaçqın statusunun müəyyənləşdirilməsinə dair regional təlim keçirilib

img

Quba, Xaçmaz və Qusar rayonlarında sığınacaq və miqrasiya sahəsində çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər üçün “Sığınacağa dair müraciətlərin istiqamətləndirilməsi mexanizmləri” mövzusunda təlim keçirilib.

Rezonans.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti, BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığı və Ombudsman Aparatının birgə əməkdaşlığı çərçivəsində keçirilən təlimdə qaçqınların statusu haqqında qanunvericilik, beynəlxalq qaçqın himayəsi, Ombudsmanın bu istiqamətdə fəaliyyətinə dair məlumat verilib.

Ombudsman Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova ölkəmizdə qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının milli və beynəlxalq müstəvidə təmin edilməsi və təbliği, onların cəmiyyətə səmərəli inteqrasiyası, habelə bu sahədə tətbiq edilən prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə Ombudsman tərəfindən həyata keçirilən tədbirlər barədə təlim iştirakçılarını məlumatlandırılıb.

Təlim çərçivəsində ölkəmizdə sığınacaq sisteminin inkişafına dair fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: