Zaqatalada azyaşlını it DİŞLƏDİ

Zaqatalada azyaşlını it DİŞLƏDİ

Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.
Rezonans.az xəbər verir ki, hadisə bu gün rayonun Yuxarı Tala kəndində baş verib.Beləki,həmin kənd  sakini 2016-cı il təvəllüdlü  Əhmədzadə Əhməd Seyran oğlu sağ budun,  Makov kənd sakini 1985-ci il təvəllüdlü Dilbər Ramazan qızı Əliyeva isə bədənin sağrı hissəsinin it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər iki şəxsə Zaqatala RMX-da lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Xəbəri paylaş: