Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib etdi

img

Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Bu barədə Rezonans.az-a Müdafiə Nazirliyindən bildirilib.

Xəbəri paylaş: