Sahibkarlarla növbəti görüş Samux rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Samux rayonunda keçiriləcək

SOCAR Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 


Rezonans.az xəbər verir ki, SOCAR Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq. 


Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək

Xəbəri paylaş: