For Azerbaijan Beynəlxalq Xeyriyyə təşkilatının daha bir uğurlu layihəsi başa çatıb - FOTO

img

Müxtəlif ölkələrdə uğurlu karyera qurmuş həmvətənlərimizin yaratdıqları For Azerbaijan Beynəlxalq Xeyriyyə təşkilatının daha bir uğurlu layihəsi başa çatıb.

 Bu dəfə təşkilatın xətti ilə 373 soydaşımız tərəfindən ianə edilmiş 13257 $ - la 20 xanım tələbənin təhsil haqqı ödənilib.
“Bir xanımın təhsil alması gələcəkdə həm savadlı bir qadın, həm də dünyagörüşlü bir ana deməkdir. İanə edən hər kəsə təşəkkürümüzü bildiririk”. Bunu For Azerbaijan təşkilatının Layihələr üzrə direktoru Elnur Kələntərov facebook hesabında bildirib.

Xatırladaq ki, təşkilat Azərbaycanda bir sıra dövlət və özəl qurumlarının iştirakı müxtəlif layihələr həyata keçirib. İlk belə layihə 2021-ci ildə şəhid övladları üçün “Qaliblər düşərgəsi” olub.

Xəbəri paylaş: