Ombudsmanın təşəbbüsü ilə autizmli uşaqlarla bağlı hazırlanmış maarifləndirici vəsait ictimaiyyətə təqdim olunub

img

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Beynəlxalq Autizm Maarifləndirmə Ayı” çərçivəsində AutizmləMümkündür! həştəqi Ombudsman Aparatının sosial media hesablarında paylaşılaraq həmin kampaniyada fəal olmaq üçün çağrış edilib. 


Rezonans.az xəbər verir ki, bununla əlaqədar Ombudsman Aparatı və Ombudsmanın regional mərkəzləri tərəfindən autizm spektr pozuntusu (ASP) olan şəxslərə, o cümlədən uşaqlara dəstək, ailələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra #maarifləndirici tədbirlər keçirilib, habelə bu halların erkən aşkarlanmasının faydalarına dair buklet nəşr olunub.


Geniş ictimaiyyətə təqdim olunmuş çap vəsaitində autizmdə erkən diaqnostik simptomlar, autizmli uşaqların reabilitasiyası üçün ilkin addımlar və əməl olunmalı qaydalar, valideynlər üçün tövsiyələr, autizmin xəstəlik deyil, fərqlilik olması kimi faydalı məlumatlar öz əksini tapıb.


#Ombudsman #AutizmləMümkündür #HumanRights

Xəbəri paylaş: