
Bu gün saat 05:30 radələrində "Əhmədli" stansiyasında manevr işləri aparılarkən 1 yük vaqon relsdən çıxıb. Nəticədə vaqondan yük axını baş verir.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinən (ADY) Rezonans.az-a verilən məlumata görə, hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.