"Bütün idman zallarında kameralar quraşdırılmalıdır" - Deputat

img

Bütün idman zallarında kameralar quraşdırılmalıdır".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Sumqayıt idman məktəbində məşqiçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır:

"Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz mütləq 102-yə zəng edərək polisə məlumat verin", - deyə deputat bildirib.

Qeyd edək ki, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında məşqçi Mehman Xəlilov 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olub.

Xəbəri paylaş: