Deputat vətəndaşları aldadan şirkətin adını çəkdi

img

Milli Məclisdə tikinti şirkətlərinin fırıldaqçılıq məsələsi qaldırılıb.

Rezonans.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev çıxış edib. 

O, tikinti şirkətləri ilə bağlı şikayətlərin artdığını bildirib.

“Son zamanlar tikinti şirkətləri ilə bağlı şikayətlər çoxalıb. Belə şirkətlər insanların vəsaitlərini alıb, onlara cavab vermirlər. Bu cür şirkətlərdən birinin adını çəkmək istəyirəm. “Bakı İnşaat MMC” neçə vaxtdır ki, vətəndaşların pullarını alıb, cavab vermir. Mənim köməkçim həmin şirkətin rəhbəri Zahir Əsgərovla əlaqə saxlamağa çalışsa da, o, danışıqlarda iştirak etmir. Belə şirkətlərə qarşı işlər görülməlidir”, - deyə deputat bildirib.

Xəbəri paylaş: