"Sosial media siyasətimizə yenidən baxmalıyıq" - Ceyhun Məmmədov

img

"Düşünürəm ki, media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda, maarifləndirməkdir. İnsanlarımızın bizə ən çox narazılıqlarının biri də bununla bağlıdır. O baxımdan televiziyalarımız maarifləndirmə proqramlarına daha geniş yer verməlidirlər".

Rezonans.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Anlayıram ki, televiziyalar xərclərini ödəmək üçün əyləncə verilişlərinə daha çox üstünlük verirlər. Ancaq onlar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərimizin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər. Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik", - deyə deputat bildirib.

C.Məmmədov qeyd edib ki, ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur:

"İnsanların çoxu sosial şəbəkələri izləyir. Sosial media siyasətimizə də yenidən baxmalı, bu istiqamətdə də fəal iş aparmalıyıq. Biz informasiyaları elə təqdim etməliyik ki, insanlar ona baxsınlar. Bəzən televiziyada bir verilişə min adam baxırsa, sosial mediada milyonlarla insan baxır".

Xəbəri paylaş: