Televiziyada evlənmək olar? - Siyavuş Novruzov

img

“Televiziyalarda verilişlərə xüsusi diqqət edilməlidir. Görürsən ki, 70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar”.

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Axı bizim milli mentalitemiz var, bu kimi hallar bizlərə ziddir. Rusiyada belə verilişlər var, amma onların mentaliteti fərqlidir, biz belə olmalı deyilik. Televiziyalarda evlənməkmi olar? Bizim ağsaqqalarımız da bunlara münasibət bildirməlidir. Bunlara nəvə, nəticə, uşaqlar baxır. Lap beş manat pul qazanırsız, Allah qəbul etsin. Amma xalqın zövqünü pozmayın”,- deyə deputat yerli telekanallara etirazını bildirib.

Xəbəri paylaş: