Dəniz quldurları Qabonun ərazi sularında lövbər salmış gəmidən üç dənizçini qaçırıblar.
Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi çərşənbə axşamı bildirib.
Agentliyin məlumatına görə, oğurluq mayın 2-nə keçən gecə baş verib. Oğurlananlardan ikisi Gürcüstan vətəndaşıdır.
Məlumatda gəminin adı və hansı bayraq altında üzdüyü qeyd olunmur.