
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Rezonans.az-a verilən məlumata görə, Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçıları da daxil olmaqla, 2 000-dən çox qonaq iştirak edib.