Səbuhi Abbasov Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirdə iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Gəncə şəhər Heydər Əliyev Mərkəzində 5 May - Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbirdə iştirak edib.


Rezonans.az xəbər verir ki, o tədbirdə çıxış edərək Ombudsmanın Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi sahəsində fəaliyyəti barədə iştırakçılara məlumat verib. 


Bildirilib ki, Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən penitensiar, sosial xidmət, səhiyyə, o cümlədən psixiatriya müəssisələrində əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin, o cümlədən saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarının araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir, hüquqi maarifləndirici tədbirlər təşkil olunur.


Sonra sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə Ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələrin əks olunduğu müraciətlərin edildiyi və bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlərin görüldüyü qeyd olunub.

Xəbəri paylaş: