Türkiyədə uşaq meydançasına silahı hücum: 3 nəfər yaralandı

img

Türkiyənin Elazığ bölgəsində düşmənçilik etdikləri məhəlləyə gələn qrup uşaq meydançasında ov tüfəngi ilə 3 nəfəri güllələyib.

Rezonans.az xəbər verir ki, hadisə mərkəz Rüstəmpaşa Məhəlləsi Çilek küçəsində baş verib. Silahlı hücum nəticəsində biri ağır olmaqla 3 nəfər xəsarət alıb.

Əldə edilən məlumata görə, düşmənlərinin yerləşdiyi küçəyə iki maşınla gələn şübhəlilər uşaq meydançasında nasoslu tapança ilə 3 nəfərə atəş açıblar. Biri ağır olmaqla 3 nəfər yaralanıb.

Yaralılara təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Xəbəri paylaş: